"Real Madrid" və "Barselona" türk əsilli futbolçu ilə maraqlanır

"Real Madrid" və "Barselona" türk əsilli futbolçu ilə maraqlanır İngiltərənin "Mançester Siti" klubunun və Almaniya millisinin futbolçusu İlkay Gündoğan karyerasını İspaniyada davam etdirə bilər.
Futbol
21 May , 2022 14:52
Real Madrid və Barselona türk əsilli futbolçu ilə maraqlanır
İlkay Gündoğan

İngiltərənin "Mançester Siti" klubunun və Almaniya millisinin futbolçusu İlkay Gündoğan karyerasını İspaniyada davam etdirə bilər.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı türk əsilli yarımmüdafiəçi ilə "Barselona" və "Real Madrid" maraqlanır.

Gündoğanın mövsümün sonunda "şəhərlilər"lə vidalaşacağı gözlənilir. Onun klubla sözləşməsi 2023-cü ildə başa çatmalıdır.

Qeyd edək ki, İlkay Gündoğan cari mövsüm Mançester təmsilçisində 42 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2016-cı ildən "Mançester Siti"nin formasını geyinir.

Son xəbərlər

Orphus sistemi