"Real Madrid" ukraynalı qapıçı transfer edib

"Real Madrid" ukraynalı qapıçı transfer edib Bakı. 23 iyul. REPORT.AZ/ İspaniyanın Real Madrid klubu Ukrayna təmsilçisi Zaryanın qapıçısı Andrey Lunini heyətinə qatıb.
Futbol
23 İyul , 2018 15:44
Real Madrid ukraynalı qapıçı transfer edib
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu Ukrayna təmsilçisi "Zarya"nın qapıçısı Andrey Lunini heyətinə qatıb. 

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, madridlilər 19 yaşlı qolkiperlə 6 illik müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmır. 

İspaniya mətbuatında yer alan xəbərlərə görə, paytaxt klubu Lunin üçün luqansklılara 14 milyon avro ödəyib.

Qeyd edək ki, Lunin 2 dəfə Ukrayna yığmasının formasını geyinib. O, daha əvvəl "Dnepr"də də çıxış edib.

Son xəbərlər

Orphus sistemi