"Real Madrid" 3 futbolçu üçün 500 milyon avro ödəmək istəyir

"Real Madrid" 3 futbolçu üçün 500 milyon avro ödəmək istəyir İspaniyanın Real Madrid klubunun prezidenti Florentino Peres komandanın yay transfer pəncərəsində gücləndirilməsi üçün 500 milyon avro ayırmağa hazırdır.
Futbol
159
28 Mart , 2019 14:23
Real Madrid 3 futbolçu üçün 500 milyon avro ödəmək istəyir

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres komandanın yay "transfer pəncərəsi"ndə gücləndirilməsi üçün 500 milyon avro ayırmağa hazırdır. 

"Report" AS nəşrinə istinadən xəbər verir ki, İngiltərə "Mançester Yunayted"indən Pol Poqba, "Çelsi"dən Eden Azar və Fransanın PSJ klubundan Kilian Mbappe Madrid təmsilçisinin əsas hədəfləridir. Bu oyunçuların namizədliyi komandanın baş məşqçisi Zinəddin Zidan tərəfindən irəli sürülüb. 

Daha öncə "Real Madrid"in Mbappeyə görə PSJ-ə 280 milyon avro təklif edəcəyi bildirilib. Bundan əlavə, İspaniya təmsilçisi Azarla müqavilənin şərtləri barədə də razılığa gəlib. 

Qeyd edək ki, "Real Madrid" hazırda İspaniya La Liqasında 54 xalla 3-cü pillədə qərarlaşıb. Komanda İspaniya Kubokunda və  Çempionlar Liqasında mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi