"Real Madrid" Toni Kroosla müqavilə müddətini artırıb

"Real Madrid" Toni Kroosla müqavilə müddətini artırıb Tərəflər 2 illik müqaviləyə qol çəkib
Futbol
12 Oktyabr , 2016 18:02
Real Madrid Toni Kroosla müqavilə müddətini artırıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu futbolçusu Toni Kroosla müqavilə müddətini artırıb.

"Report"un Madrid klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni müqaviləyə əsasən Kroos 2022-ci il iyunun 30-dək La Liqada çıxış edəcək. Əvvəlki müqaviləyə əsasən Kroos 2020-ci ilədək "Real Madrid"də qalmalı idi.

26 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanma mərasimi bu gün komandanın ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunda keçirilib.

Qeyd edək ki, Kroos 2014-cü ilin yayında 30 milyon avro müqabilində Almaniyanın "Bavariya" klubundan transfer edilib.

Son xəbərlər

Orphus sistemi