"Real Madrid" "Sevilya"ya məğlubiyyətdən qurtuldu

"Real Madrid" "Sevilya"ya məğlubiyyətdən qurtuldu İspaniya La Liqasında XXXV turun daha bir mərkəzi görüşü "Real Madrid" və "Sevilya" komandaları arasında keçirilib.
Futbol
10 May , 2021 00:56
Real Madrid Sevilyaya məğlubiyyətdən qurtuldu

İspaniya La Liqasında XXXV turun daha bir mərkəzi görüşü "Real Madrid" və "Sevilya" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Madriddəki "Alfredo di Stefano" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

Hesabı 22-ci dəqiqədə qonaq komandadan Fernando açıb. 67-ci dəqiqədə Marko Asensio bərabərlik qolunu vurub. 78-ci dəqiqədə İvan Rakitiç penaltidən "Sevilya"nı yenidən önə çıxarıb. Lakin 90+4-cü dəqiqədə Eden Azar "kral klubu"nu məğlubiyyətdən qurtarıb.

Bu nəticədən sonra "Real Madrid" xalını 75-ə çatdıraraq, yenidən 2-ci pilləyə qayıdıb. 3-cü pillədəki "Barselona" da eyni xala malikdir. "Sevilya" 71 xalla 4-cüdür. Turnir cədvəlinə isə 77 xalla "Atletiko" başçılıq edir.

Qeyd edək ki, bu tur daha bir mərkəzi görüş "Barselona" və "Atletiko" arasında olub. Qarşılaşma qolsuz tamamlanıb.

Son xəbərlər

Orphus sistemi