"Real Madrid" rəhbərliyi Yoahim Lövlə danışıqlara başlayıb

"Real Madrid" rəhbərliyi Yoahim Lövlə danışıqlara başlayıb Klub prezidenti Zidanı vəzifəsindən kənarlaşdırmaq qərarına gəlib
Futbol
228
10 Yanvar , 2018 23:59
Real Madrid rəhbərliyi Yoahim Lövlə danışıqlara başlayıb

Bakı. 10 yanvar. REPORT.AZ/ İspaniyanın "Real" klubu yeni baş məşqçinin axtarışlarına başlayıb.

"Report" "Soy Madridista" nəşrinə istinadən xəbər verir ki, bu posta əsas namizəd, hələ ki, Almaniya yığma komandasının baş məşqçisi Yoahim Lövdür.

Madrid klubunun rəhbərliyi artıq onunla danışıqlara başlayıb.

Nəşr iddia edir ki, "Real"ın prezidenti Florentino Peres Zinəddin Zidanın vəzifəsindən kənarlaşdırılması barədə artıq qərar qəbul edib və komandanın bu mövsüm necə çıxış etməsindən asılı olmayaraq, bu qərar dəyişməyəcək.

Son xəbərlər

Orphus sistemi