"Real Madrid" Mbappe, Poqba və Holannı heyətinə qatmaq istəyir

"Real Madrid" Mbappe, Poqba və Holannı heyətinə qatmaq istəyir İspaniyanın "Real Madrid" klubu heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır. Klub rəhbərliyi Fransanın “Pari Sen-Jermen” klubunun hücumçusu Killian Mbappeni, Almaniyanın “Borussiya” (Dortmund) komandasının hücumçusu Erlinq Holandı və İngiltərənin "M
Futbol
3 Sentyabr , 2021 08:32
Real Madrid Mbappe, Poqba və Holannı heyətinə qatmaq istəyir
Erlinq Holann, Kilian Mbappe və Pol Poqba

İspaniyanın "Real Madrid" klubu heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır. Klub rəhbərliyi Fransanın “Pari Sen-Jermen” klubunun hücumçusu Killian Mbappeni, Almaniyanın “Borussiya” (Dortmund) komandasının hücumçusu Erlinq Holannı və İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qatmaq istəyir.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

Məlumata görə, əgər Poqba və Mbappe hazırkı klubları ilə yeni müqavilələr haqqında razılaşmasalar, 2022-ci ilin yayında azad agent olacaqlar.

Holannın "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Bildirilir ki, "Real Madrid" danışıqlarda problemlərin yaranmayacağına ümid edir, çünki klub “Borussiya” ilə yaxşı münasibətlərə malikdir.

“Transfermarkt” portalının məlumatına görə, Holannın transfer qiyməti 130 milyon, Mbappenin qiyməti 160 milyon, Poqbanın qiyməti 60 milyon avro təşkil edir.

Son xəbərlər

Orphus sistemi