“Real Madrid” Lopetegini “Barselona” ilə oyuna qədər istefaya göndərməyəcək

“Real Madrid” Lopetegini “Barselona” ilə oyuna qədər istefaya göndərməyəcək Bakı. 24 oktyabr. REPORT.AZ/ İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Xulen Lopetegi La Liqanın X turunda “Barselona” ilə səfər matçına qədər istefaya göndərilməyəcək.
Futbol
24 Oktyabr , 2018 15:18
“Real Madrid” Lopetegini “Barselona” ilə oyuna qədər istefaya göndərməyəcək
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Xulen Lopetegi La Liqanın X turunda “Barselona” ilə səfər matçına qədər istefaya göndərilməyəcək.

“Report” xəbər verir ki, bu barədə klubun direktoru Emilio Butragenyo “Mundo Deportivo”ya bildirib.

Onun sözlərinə görə, “El-Klasiko” Madrid təmsilçisi üçün əla motivasiyadır: “Lopetegi “Barselona” ilə oyunda “Real Madrid”ə rəhbərlik edəcək. Belə vəziyyətdə sakitliyi qorumaq önəmlidir. Mətbuatda gedən şayiələrdən xəbərdarıq. Amma biz “Barselona” ilə görüşə özümüzə inamlı şəkildə yanaşmaq istəyirik. Bazar günü baş tutacaq oyun hamı üçün əla motivasiyadır. Komandanın yaxşı çıxışına ümid bəsləyirik”.

Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə saat 19:15-də start götürəcək. “Barselona” 18 xalla liderdir. “Real Madrid” isə 14 xalla 7-ci pillədə qərarlaşıb. Uğursuz nəticələr səbəbi ilə Lopeteginin istefası gündəmdədir.

Daha əvvəl Azərbaycan Premyer Liqasında IX turun "Neftçi" - "Qarabağ" matçının "El Klasiko"ya görə erkən başlanacağı məlum olub

Son xəbərlər

Orphus sistemi