“Real Madrid”: Koronavirus bitməyincə futbol yenilənməyəcək

“Real Madrid”: Koronavirus bitməyincə futbol yenilənməyəcək Real Madrid klubunun təmsilçiləri koronavirus pandemiyasına görə dayandırılmış futbol matçlarının yenilənməsini müzakirə ediblər.
Futbol
1 Aprel , 2020 04:57
“Real Madrid”: Koronavirus bitməyincə futbol yenilənməyəcək

"Real Madrid" klubunun təmsilçiləri koronavirus pandemiyasına görə dayandırılmış futbol matçlarının yenilənməsini müzakirə ediblər.

“Report”un məlumatına görə, bu barədə AS bildirib.

Məlumata görə, "Real"da əmindirlər ki, koronavirusdan effektiv müalicə və ya vaksin tapılmayınca futbol yenilənməyəcək. Bildirilir ki, La Liqa mövsümü başa vurmağı planlaşdırmır.

Klub təmsilçiləri hadisələrin belə inkişafına inanmır. Bu halda, Madrid klubu yalnız oyunların qayıdışı deyil, həm də qrup məşqlərinin keçirilməsinin başlanması ilə bağlı bədbin mövqedədir. Amma baş məşqçi Zinəddin Zidan artıq növbəti mövsüm haqqında düşünür.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. 

Son xəbərlər

Orphus sistemi