"Real Madrid" klubunun prezidenti Florentino Peresə şübhəli bağlama göndərilib

"Real Madrid" klubunun prezidenti Florentino Peresə şübhəli bağlama göndərilib Bağlama "Santyaqo Bernabeu" stadionuna İtaliyadan gətirilib
Futbol
11 Mart , 2017 17:43
Real Madrid klubunun prezidenti Florentino Peresə şübhəli bağlama göndərilib

Bakı. 11 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peresə şübhəli bağlama göndərilib. "Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bağlama İspaniya təmsilçisinin ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionuna İtaliyadan gətirilib.

Martın 10-da stadion işçiləri bağlamadan ağ toz töküldüyünü aşkarladıqdan sonra dərhal polis çağırıblar. Lakin asayiş keşikçiləri stadionda təxminən iki saat araşdırma aparsalar da, ətrafdakılar üçün təhlükə heç bir şey aşkar etməyiblər. İçərisində ağ maddənin olduğu bağlama ekspertizaya göndərilib.

Qeyd edək ki, martın 7-də İtaliyada "Napoli" komandasını 3:1 hesabı ilə məğlub edən "Real Madrid" Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Bağlamanın bununla bağlı olduğu ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi