"Real Madrid" klubu baş məşqçisini təsdiqləyib

"Real Madrid" klubu baş məşqçisini təsdiqləyib Bakı. 13 noyabr. REPORT.AZ/ İspaniyanın Real Madrid klubu Santyaqo Solarini baş məşqçi postuna təsdiqləyib.
Futbol
126
13 Noyabr , 2018 23:58
Real Madrid klubu baş məşqçisini təsdiqləyib

Bakı. 13 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu Santyaqo Solarini baş məşqçi postuna təsdiqləyib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 42 yaşlı mütəxəssislə 2021-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Argentinalı baş məşqçi uğursuz nəticələr seriyasından sonra bir neçə həftə əvvəl istefaya göndərilmiş Xulen Lopetegini əvəzləyib. Onun rəhbərliyi altında "Kral klubu" 4 oyunun hamısından qalib ayrılıb. 12 turdan sonra "Real Madrid" 20 xalla 6-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisi lider "Barselona"dan cəmi 4 xal geri qalır.

Bundan əvvəl İtaliyanın "Kyevo" klubu baş məşqçisi Canpyero Ventura ilə yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi