"Real Madrid"in yeni baş məşqçisi Karlo Ançelotti oldu

"Real Madrid"in yeni baş məşqçisi Karlo Ançelotti oldu İngiltərənin "Everton" futbol klubunun baş məşqçisi Karlo Ançelotti İspaniyanın “Real Madrid" klubuna başçılıq etməyə başlayıb.
Futbol
1 İyun , 2021 22:16
Real Madridin yeni baş məşqçisi Karlo Ançelotti oldu
Karlo Ançelotti

İngiltərənin "Everton" futbol klubunun baş məşqçisi Karlo Ançelotti İspaniyanın “Real Madrid" klubuna başçılıq etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti bildirib.

Qeyd edilir ki, italyan məşqçi ilə üç illik müqavilə imzalanıb.

Karlo Ançelotti artıq 2013-cü ildən 2015-ci ilə qədər "Real Madrid"də çalışıb. Komanda onun rəhbərliyi altında Çempionlar Liqasında qalib gəlib, klublararası dünya çempionatına birincilik əldə edib, həmçinin İspaniya Kubokunun və UEFA Super Kubokunun qalibi olub.

Mayın 27-də "Real Madrid" baş məşqçi Zinəddin Zidanın vəzifəsindən getdiyini elan edib. O, 2016-cı ildən 2018-ci ilə qədər kluba başçılıq edib, amma 2019-cu ildə yenidən "kral klubu"nun baş məşqçisi postuna qayıdıb.

Son xəbərlər

Orphus sistemi