"Real Madrid"in sabiq futbolçusuna vergidən yayınma ittihamı irəli sürülüb

"Real Madrid"in sabiq futbolçusuna vergidən yayınma ittihamı irəli sürülüb Predraq Miyatoviç 190 min avro məbləğində vergini ödəməyib
Futbol
12 İyun , 2017 17:13
Real Madridin sabiq futbolçusuna vergidən yayınma ittihamı irəli sürülüb

Bakı. 12 iyun. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun keçmiş futbolçusu və idman direktoru Predraq Miyatoviç 190 min avro məbləğində vergidən yayınmaqda ittiham olunur. 

"Report"un "El Confidencial"a istinadən verdiyi məlumata görə, Madridin iqtisadi cinayətkarlıqla mübarizə üzrə prokurorluğu məhkəməyə müraciət edib.

P.Miyatoviç 2011-ci ildə fırıldaqçılığa yol verməkdə şübhəli bilinir. O, həmin vaxt İtaliya "Fiorentina"sında çıxış edib. Serbiyalı sabiq hücumçu "Real Madrid" formasını 1996 - 1999-cu illərdə geyinib. Bu müddətdə forvard İspaniya çempionluğu, Çempionlar Liqası, İspaniya Super Kuboku və Qitələrarası Kuboku qazanıb. O, 2006 - 2009-cu illərdə Madrid komandasının direktoru kimi çalışıb.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldu, Radamel Falkao, Lionel Messi də belə ittihamlarla üz-üzə qalıb. 

Son xəbərlər

Orphus sistemi