"Real Madrid"in sabiq futbolçusu vəfat etdi

"Real Madrid"in sabiq futbolçusu vəfat etdi İspaniya Real Madridinin sabiq futbolçusu İko Agilar vəfat edib.
Futbol
12 May , 2020 01:05
Real Madridin sabiq futbolçusu vəfat etdi

İspaniya "Real Madrid"inin sabiq futbolçusu İko Agilar vəfat edib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, keçmiş hücumçu 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İko Agilar paytaxt komandasının formasını 1971 - 1979-cu illərdə geyinib. O, 190 oyuna 5 qol vurub, 5 dəfə İspaniya çempionu və 2 dəfə ölkə kubokunun sahibi olub. Mərhum forvard "Rasinq", "Sportinq" və "Rayo Valyekano"da da çıxış edib. Agilar İspaniya yığmasında 3 oyuna 1 qol vurub. 

Son xəbərlər

Orphus sistemi