“Real Madrid”in sabiq futbolçusu üçüncü liqa klubuna keçib

“Real Madrid”in sabiq futbolçusu üçüncü liqa klubuna keçib İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Royston Drente karyerasını 3-cü liqa komandasında davam etdirəcək.
Futbol
188
26 Avqust , 2019 16:44
“Real Madrid”in sabiq futbolçusu üçüncü liqa klubuna keçib

İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Royston Drente karyerasını 3-cü liqa komandasında davam etdirəcək.

“Report” xəbər verir ki, 32 yaşlı hollandiyalı yarımmüdafiəçi vətənində “Kozakken Boyz” klubu ilə anlaşıb.

Qeyd edək ki, Drente 2007-2010-cu illərdə “Real Madrid”də çıxış edib. Hollandiya yığmasının sabiq üzü karyerası ərzində Hollandiyanın “Feyenoord”, İspaniyanın “Erkules”, İngiltərənin “Everton”, “Redinq”, “Şeffild Uensdey”, Rusiyanın “Alaniya”, Türkiyənin “Kayserispor” və Birləşmiş Ərəb Əmirliklərinin “Bani Yas” komandalarının da formasını geyinib.

Orphus sistemi