"Real Madrid"in sabiq futbolçusu narkotikə görə saxlanıldı

"Real Madrid"in sabiq futbolçusu narkotikə görə saxlanıldı Karlos Arandanın adı 2019-cu ildə danışılmış oyunlarda hallanıb
Futbol
18 Mart , 2021 19:23
Real Madridin sabiq futbolçusu narkotikə görə saxlanıldı

İspaniyanın "Real Madrid" və "Sevilya" komandalarının sabiq futbolçusu Karlos Aranda saxlanılıb.

"Report" "El Mundo"ya istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu narkotik maddələrin qanunsuz dövriyəsində və sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.

Malaqa hüquq-mühafizə orqanları Arandanın ev şəraitində marixuana yetişdirməklə məşğul olan cinayətkar şəbəkə ilə əlaqədə olduğunu iddia edir.

Bir neçə bölgədə aparılmış istintaq axtarışları nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. Axtarışlar zamanı 700 marixuana bitkisi, təqribən 20 min avro pul, 6 maşın, kompüter avadanlığı, mobil telefonlar və müxtəlif sənədlər ələ keçirilib.

Qeyd edək ki, Karlos Arandanın adı 2019-cu ildə danışılmış oyunlarda hallanıb.

Son xəbərlər

Orphus sistemi