"Real Madrid"in sabiq futbolçusu klubun yeni baş məşqçisi ola bilər

"Real Madrid"in sabiq futbolçusu klubun yeni baş məşqçisi ola bilər "Bayer"in (Leverkuzen") baş məşqçisi, İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Xabi Alonso 2024-cü ildə "kral klubu"na keçə bilər.
Futbol
22 iyun 2023 03:11
Real Madridin sabiq futbolçusu klubun yeni baş məşqçisi ola bilər

"Bayer"in (Leverkuzen) baş məşqçisi, İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Xabi Alonso 2024-cü ildə "kral klubu"na keçə bilər.

"Report" xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

"Kral klubu"nun prezidenti Florentino Peres 41 yaşlı ispaniyalını Karlo Ançelottinin varisi kimi nəzərdən keçirir.

2024-cü ildə Alonsonun "Bayer"lə əmək müqaviləsi başa çatacaq və çox güman ki, uzadılmayacaq.

Qeyd edək ki, Ançelottinin "Real Madrid"lə müqaviləsi də 2024-cü ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi