"Real Madrid"in prezidenti Ronaldunu təhqir edib

"Real Madrid"in prezidenti Ronaldunu təhqir edib İspaniyanın "El Confidencial" nəşri "Real Madrid"in prezidenti Florentino Peresin növbəti səsyazısını yayıb.
Futbol
14 İyul , 2021 12:14
Real Madridin prezidenti Ronaldunu təhqir edib
Florentino Peres və Kriştianu Ronaldu

İspaniyanın "El Confidencial" nəşri "Real Madrid"in prezidenti Florentino Peresin növbəti səs yazısını yayıb.

"Report" xəbər verir ki, 74 yaşlı mütəxəssisin bu dəfə komandanın sabiq futbolçusu Kriştianu Ronaldu haqqında səsləndirdiyi təhqiramiz ifadələr ictimaiyyətə təqdim edilib.

2012-ci ilə aid olduğu deyilən audioyazıda Peres "kral klubu"nda özünü xoşbəxt hiss etməyən portuqaliyalı hücumçunu axmaq və xəstə adlandırıb: "O, dəlidir. Bu oğlan axmaq və xəstədir. Siz Ronaldunun normal olduğunu düşünürsünüz. Amma bu, belə deyil. Əks halda, bu cür axmaqlıq etməzdi. Onun son dəliliyini bütün dünya gördü. Sizcə, niyə belə axmaq hərəkətlər edir"?

Klub prezidenti Ronaldunun agenti Jorje Mendeş və həmin vaxt "Real Madrid"in sükanı arxasında olmuş Joze Mourinyonun futbolçuya nəzarət edə bilmədiyini söyləyib: "Hətta müsahibə məsələlərində belə, vəziyyət eynidir. Bunlar dəhşətli eqoları olan insanlardır, hər ikisi korlanıb. Gerçəyi görmürlər, çünki fərqli davransalar, daha çox pul qazana bilərdilər. Onlar da normal deyil, çünki imic hüquqlarında çoxlu pul var. Belə bir üzlə, bu qədər sərt davranışla heç kim onları bəyənmir. Bu, antireklamdır"!

Qeyd edək ki, "El Confidencial" nəşri daha əvvəl Florentino Peresin "Real Madrid"in sabiq futbolçuları İker Kasilyas və Raul Qonsalesi təhqir etdiyi audioyazı dərc edib.

Son xəbərlər

Orphus sistemi