"Real Madrid"in prezidenti: "PSJ Mbappenin transferi təklifinə kobud cavab verdi”

"Real Madrid"in prezidenti: "PSJ Mbappenin transferi təklifinə kobud cavab verdi” İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres Madrid klubunun “Pari Sen-Jermen”ə hücumçu Kiliana Mbappenin transferi üzrə təklif irəli sürdüyünü təsdiqləyib.
Futbol
375
26 Avqust , 2021 05:49
Real Madridin prezidenti: PSJ Mbappenin transferi təklifinə kobud cavab verdi”
Kilian Mbappe

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres Madrid təmsilçisinin “Pari Sen-Jermen”ə (PSJ) hücumçu Kilian Mbappenin transferi üzrə təklif irəli sürdüyünü təsdiqləyib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"PSJ-də artıq təklifimizə cavab verdilər və bu kobud cavab idi", - Peres deyib.

PSJ-nin idman direktoru Leonardo bildirib ki, əgər layiqli təklif olsa, klub Kilian Mbappenin "Real Madrid"ə keçidinə mane olmayacaq.

Daha əvvəl bildirilib ki, "Real Madrid" PSJ-yə Kilian Mbappenin transferi haqqında rəsmi sorğu ilə müraciət edib. "Real Madrid" Fransa yığmasının hücumçusuna görə 160 milyon avro ödəməyə hazırdır.

Mbappe PSJ-yə 2017-ci ildə "Monako"dan keçib. O, komandanın heyətində Fransanın üçqat (2017/18, 2018/19, 2019/20), Liqa Kubokunun (2017/18, 2019/20) ikiqat qalibi və ölkə Super Kubokunun (2019, 2020), həmçinin Fransa Kubokunun (2017/18, 2019/20, 2020/21) üçqat qalibi olub.

Son xəbərlər

Orphus sistemi