"Real Madrid"in müdafiəçisi mövsüm ərzində dördüncü dəfə zədələnib

"Real Madrid"in müdafiəçisi mövsüm ərzində dördüncü dəfə zədələnib
Futbol
14 Yanvar , 2019 19:34
Real Madridin müdafiəçisi mövsüm ərzində dördüncü dəfə zədələnib

Bakı. 14 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Xesus Valexo növbəti dəfə zədələnib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi komandanın məşqində xəsarət alıb və məşqi tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra müəyyənləşəcək. O, cari mövsümdə dördüncü dəfə zədələnib.

Qeyd edək ki, Xesus Valexo "Saraqosa"nın yetirməsidir. 2015-ci ildən "Real Madrid"də çıxış edən futbolçu cari mövsüm heç bir La Liqa matçında iştirak etməyib. O, bu mövsüm yalnız Çempionlar Liqasında Rusiya MOİK-inə 0:3 hesabı ilə uduzduqları və ölkə kubokunun 1/16 final mərhələsində Melilyanı 6:1 hesabı məğlub etdikləri matçlarda meydanda olub