"Real Madrid"in hücumçusu tarixə düşüb

"Real Madrid"in hücumçusu tarixə düşüb İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.
Futbol
29 Noyabr , 2021 09:04
Real Madridin hücumçusu tarixə düşüb

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu buna evdə "Sevilya"nı 2:1 hesabı ilə məğlub etdikləri XV tur oyununda nail olub.

Komandasının ilk qoluna imza atan forvard tarixə düşüb. Benzema klub karyerasında 361-ci qolunu vurub. O, həmyerlisi Tyerri Anrini (360 qol) qabaqlayaraq, fransalı futbolçular arasında klub futbolu tarixinin bombardiri adına sahib çıxıb.

Qeyd edək ki, Kərim Benzema cari mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 18 görüş keçirib və 16 qol vurub. "Kral klubu" 33 xalla La Liqanın lideridir.

Son xəbərlər

Orphus sistemi