"Real Madrid"in hücumçusu 3 aylıq sıradan çıxdı

"Real Madrid"in hücumçusu 3 aylıq sıradan çıxdı İspaniya La Liqasının XV turunda "Qranada" ilə matçda zədələnən "Real Madrid"in futbolçusu Rodriqonun durumuna aydınlıq gəlib.
Futbol
26 Dekabr , 2020 10:24
Real Madridin hücumçusu 3 aylıq sıradan çıxdı

İspaniya La Liqasının XV turunda "Qranada" ilə matçda zədələnən "Real Madrid"in futbolçusu Rodriqonun durumuna aydınlıq gəlib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, əzələsində problem aşkarlanan 19 yaşlı hücumçu təxminən 3 ay oynaya bilməyəcək.

Braziliyalı forvard görüşün 38-ci dəqiqəsində xəsarət alıb və meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi