"Real Madrid"in futbolçusu cərimələnə bilər

"Real Madrid"in futbolçusu cərimələnə bilər Marselo karantin qaydalarını pozub
Futbol
29 Mart , 2021 15:22
Real Madridin futbolçusu cərimələnə bilər
Marselo

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo karantin qaydalarını pozub.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi bu səbəbdən cərimələnə bilər.

Braziliyalı oyunçu instaqram səhifəsində Valensiyada ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib.

Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılır. Məhdudiyyətlər iş və ya humanitar məqsədlər üçün olan səyahətlərə şamil edilmir. Eyni zamanda ictimai yerlərdə maska ​​taxmaq hər kəs üçün məcburidir.

Son xəbərlər

Orphus sistemi