"Real Madrid"in futbolçuları çempionluq mükafatından imtina etdi

"Real Madrid"in futbolçuları çempionluq mükafatından imtina etdi Oyunçular koronavirusla bağlı yaranmış maliyyə çətinliyini anlayışla qarşılayırlar. Onlar kluba dəstək məqsədilə bu addımı atmağa hazır olduqlarını bildiriblər
Futbol
2586
7 İyul , 2020 12:14
Real Madridin futbolçuları çempionluq mükafatından imtina etdi

İspaniyanın "Real Madrid" klubunun futbolçuları cari mövsüm La Liqanın qızıl medallarını qazanacaqları halda çempionluq mükafatından imtina edəcəklər.

"Report" xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Eduardo İnda "El Chiringuito" telekanalının canlı efirində bildirib.

Həmkarımızın sözlərinə görə, oyunçular koronavirusla bağlı yaranmış maliyyə çətinliyini anlayışla qarşılayırlar. Onlar kluba dəstək məqsədilə bu addımı atmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, "Real Madrid" 34 turdan sonra 77 xalla turnir cədvəlinə başçılıq edir. "Kral klubu" sona 4 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır.