"Real Madrid"in əfsanəvi futbolçusu vəfat etdi

"Real Madrid"in əfsanəvi futbolçusu vəfat etdi İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Qreqorio Benito dünyasını dəyişib.
Futbol
2 Aprel , 2020 19:26
Real Madridin əfsanəvi futbolçusu vəfat etdi

İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Qreqorio Benito dünyasını dəyişib.

“Report”un məlumatına görə, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub prezidenti və idarə heyəti klubun əfsanələrindən biri olan Benitonun vəfatından dərin təəssüf hissi keçirir.

Qeyd edək ki, Qreqorio Benito 1966-1982-ci illərdə “Real Madrid”də çıxış edib. Sabiq mərkəz müdafiəçisi komanda ilə 6 dəfə La Liqanın, 5 dəfə isə İspaniya Kubokunun qalibi olub. 

Son xəbərlər

Orphus sistemi