"Real Madrid"in baş məşqçisi ilə Kriştianu Ronaldu arasında qalmaqal baş verib

"Real Madrid"in baş məşqçisi ilə Kriştianu Ronaldu arasında qalmaqal baş verib Ronaldu məşqi yarımçıq tərk edib
Futbol
21 İyul , 2015 15:53
Real Madridin baş məşqçisi ilə Kriştianu Ronaldu arasında qalmaqal baş verib

Bakı. 21 iyul. REPORT.AZ/ İspaniyanın "Real Madrid" futbol komandasının məşqində qalmaqal baş verib. "Report"un yerli "Sport" nəşrinə istinadən verdiyi məlumata görə, komandanın aparıcı futbolçusu Kriştianu Ronaldu baş məşqçi Rafael Benitesin məşq üslubu və bəzi çalışmalardan narazılığını bildirib.

O, məşqi hamıdan əvvəl tərk edib. Futbolçunun bu addımı etiraz əlaməti kimi dəyərləndirilib. 

Ümumiyyətlə, Ronaldu yeni baş məşqçinin iş metodundan narazılığını gizlətmir. Futbolçu ilə baş məşqçi hələ ki, dil tapa bilmir. Onun məşqi vaxtından əvvəl tərk etməsi də məhz bu soyuqluğun nəticəsi kimi göstərilir.

Qeyd edək ki, Rafael Benites "Real Madrid"in baş məşqçisi postunda Karlo Ançelottini əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi