"Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub - VİDEO

"Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub - VİDEO Qarşılaşma "Real"ın 2:0 qələbəsi ilə başa çatıb
Futbol
169
17 Avqust , 2017 02:50
Real Madrid 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub - VİDEO

Bakı. 17 avqust. REPORT.AZ/ Futbol üzrə İspaniya Super Kuboku uğrunda cavab oyunu keçirilib.

"Report" xəbər verir ki, "Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Barselona" ilə qarşılaşıb. Qarşılaşma "kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. 4-cü dəqiqədə Marko Asensio hesabı açıb. 39-cu dəqiqədə Kərim Benzema "Barselona"nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib. Bununla da "Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub.

Qeyd edək ki, Barselonada keçirilmiş ilk oyunda da "Real Madrid" qələbə qazanıb - 3:1. Həmin görüşdə "kral klubu"nun lideri Kriştianu Ronaldu qırmızı vərəqə aldığı üçün "Nou Kamp"da meydana çıxmayıb. 

Son xəbərlər

Orphus sistemi