"Real Madrid" heyətini yeni futbolçu ilə gücləndirib

"Real Madrid" heyətini yeni futbolçu ilə gücləndirib Bakı. 14 noyabr. REPORT.AZ/ İspaniyanın Real Madrid klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
165
14 Noyabr , 2018 19:54
Real Madrid heyətini yeni futbolçu ilə gücləndirib

Bakı. 14 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu heyətini yeni futbolçu ilə gücləndirib.  

"Report" "Marca"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi Argentinanın "Rivel Pleyt" komandasının 20 yaşlı yarımmüdafiəçisi Esekiel Palasiosu heyətinə qatıb.

Bildirilib ki, argentinalı oyunçu 2019-cu ilin yanvar ayının əvvəllərində "Real Madrid"lə 5.5 illik müqavilə imzalayacaq. İspaniya nəhəngi Palasios üçün "Rivel Pleyt"ə 20 milyon avro ödəyəcək.  

Qeyd edək ki, bu komandaya yeni təyin olunan baş məşqçi Santyaqo Solarinin ilk transferi olacaq. 

Son xəbərlər

Orphus sistemi