"Real Madrid" futbolçuların maaşlarını azaltmağı planlaşdırır

"Real Madrid" futbolçuların maaşlarını azaltmağı planlaşdırır “Real Madrid" rəhbərliyi pandemiyaya görə futbolçuların maaşlarını 15-20% azaltmağı planlaşdırır.
Futbol
7 Noyabr , 2020 04:58
Real Madrid futbolçuların maaşlarını azaltmağı planlaşdırır

“Real Madrid" klubunun rəhbərliyi koronavirus pandemiyasına görə futbolçuların maaşlarını 15-20% azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə AS bildirib.

Məlumata görə, klub ilk növbədə maaşları azaltmaq və büdcənin yükünü 190 milyon avro azaltmağı heyətlə razılaşdırmağı planlaşdırır.

Belə məbləğ 2019/2020 mövsümünün qalan hissəsi üçün qiymətləndirilib. Koronavirus pandemiyasına görə klub biletlərdən və merçendayzinqdən gəlir əldə etməyib.

Keçmiş mövsümün sonunda oyunçular illik gəlirin 10%-lik ixtisarı ilə razılaşıb və La Liqada, İspaniya Superkubokunda qələbə üçün bonuslardan onlara çatacaq məbləğdən imtina edərək kluba kömək ediblər. İndi klub komanda ilə analoji müqaviləni bağlamağa ümid edir, lakin bu faizi 15 və ya 20%-ə qədər qaldırmaq istəyir.

“Real Madrid” yeddi turun nəticəsinə görə, öz aktivində 16 xala malik olaraq, İspaniya çempionatının yarış cədvəlində 2-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi