"Real Madrid" Fransa millisinin üzvünü heyətinə qatıb

"Real Madrid" Fransa millisinin üzvünü heyətinə qatıb İspaniya "Real Madrid"i heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
31 Avqust , 2021 21:06
Real Madrid Fransa millisinin üzvünü heyətinə qatıb

İspaniya "Real Madrid"i heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Fransanın "Renn" komandasından Eduardu Kamavinqanı transfer edib.

"Kral klubu" 19 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb. Fransalı oyunçunun keçidi üçün 40 milyon avro təzminat ödənilib.

Qeyd edək ki, "Renn"in yetirməsi olan Kamavinqa Fransanın əsas millisində 3 oyuna 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi