"Real Madrid" Erlinq Holannın transferini razılaşdırdı

"Real Madrid" Erlinq Holannın transferini razılaşdırdı Almaniya "Borussiya"sının (Dortmund) futbolçusu Erlinq Holann 2022-ci ilin yayında İspaniyanın "Real Madrid" komandasına transfer olacaq.
Futbol
856
6 Noyabr , 2020 14:39
Real Madrid Erlinq Holannın transferini razılaşdırdı
Erlinq Holann

Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Holann 2022-ci ilin yayında İspaniya "Real Madrid"inə transfer olacaq.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" norveçli hücumçunun keçidi üçün Dortmund klubu ilə razılığa gəlib.

20 yaşlı forvarda Madrid təmsilçisində hazırda Kərim Benzemanın geyindiyi 9 nömrəli formanın veriləcəyi bildirilib. Transferin maliyyə tərəfi və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, "Real Madrid"in Erlinq Holann ilə yanaşı, Fransa PSJ-sindən Kilian Mbappe və "Renn"in oyunçusu Eduardu Kamavinqanı da heyətinə cəlb etmək istədiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi