"Real Madrid" Erlinq Holannı 8 milyon avroya almaqdan imtina edib

"Real Madrid" Erlinq Holannı 8 milyon avroya almaqdan imtina edib 21 yaşlı hücumçunun "Molde"də çıxış edərkən Madrid klubuna keçmək imkanı olub
Futbol
20 Fevral , 2021 15:07
Real Madrid Erlinq Holannı 8 milyon avroya almaqdan imtina edib

İspaniyanın "Real Madrid" klubu 2018-ci ildə Norveç millisinin üzvü Erlinq Holann üçün 8 milyon avro ödəməkdən imtina edib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun "Molde"də çıxış edərkən Madrid klubuna keçmək imkanı olub.

Lakin "kral klubu" Vinisius Junior, Rodriqo və Rayneri almaqla Braziliya bazarına üstünlük verib. Daha sonra Avstriya "Zaltsburq"u gənc forvardı 8 milyon avroya alıb və 2019-cu ilin dekabrında onu Almaniyanın "Borussiya" (Dortmund) klubuna satıb. Hazırda Holannın transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm Almaniya Bundesliqasında 16 matçda iştirak edib, 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi