"Real Madrid" dünya çempionu ilə vidalaşdı

"Real Madrid" dünya çempionu ilə vidalaşdı İspaniyaniyanın "Real Madrid" klubu qapıçısı Alfons Areola ilə yollarını ayırıb.
Futbol
11 Avqust , 2020 15:49
Real Madrid dünya çempionu ilə vidalaşdı

İspaniyanın "Real Madrid" klubu qapıçısı Alfons Areola ilə yollarını ayırıb. 

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müqavilə ilə Fransa PSJ-sinə məxsus olan 27 yaşlı qolkiperin icarə müddəti başa çatıb. "Kral klubu" Areolanı Paris təmsilçisindən almaqdan imtina edib. 

Qeyd edək ki, Alfons Areola cari mövsüm 9 rəsmi matçda meydanda olub və 11 qol buraxıb. O, 2018-ci ildə Fransa millisi ilə birlikdə Rusiyada keçirilən dünya çempionatı qazanıb. Areola həmin vaxt yığmanın 3-cü qapıçısı olub. 

Son xəbərlər

Orphus sistemi