"Real Madrid"dən qovulan baş məşqçi "Roma"ya rəhbərlik edə bilər

"Real Madrid"dən qovulan baş məşqçi "Roma"ya rəhbərlik edə bilər Bakı. 14 dekabr. REPORT.AZ/ İspaniya milli komandasının və Real Madridin sabiq baş məşqçisi Xulen Lopetegi İtaliya Romasına rəhbərlik edə bilər.
Futbol
14 Dekabr , 2018 15:02
Real Madriddən qovulan baş məşqçi Romaya rəhbərlik edə bilər

Bakı. 14 dekabr. REPORT.AZ/ İspaniya milli komandasının və "Real Madrid"in sabiq baş məşqçisi Xulen Lopetegi İtaliya "Roma"sına rəhbərlik edə bilər. 

"Report" "II Tempo" nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı ispaniyalı mütəxəssis paytaxt təmsilçisinin baş məşqçi postuna namizəddir. Klub rəhbərliyi həmçinin Çinin “Tyantszin Tsyuantszyan” komandasından ayrılan Paulu Souza və İspaniya "Sevilya"sının sabiq baş məşqçisi Vinçentso Montellanı nəzərdən keçirir. 

Qeyd edək ki, Xulen Lopetegi bu il Rusiyada keçirilmiş dünya çempionatını ərəfəsində "Real Madrid"lə müqavilə bağladığı üçün İspaniya millisindən qovulub. Madrid klubu uğursuz nəticələrdən sonra oktyabrda onun müqaviləsinə xitam verib.

Son xəbərlər

Orphus sistemi