"Real Madrid"də prezident seçkiləri olacaq

"Real Madrid"də prezident seçkiləri olacaq "Kral klubu"nun prezidenti Florentino Peres hazırda yeganə namizəddir
Futbol
1 Aprel , 2021 17:03
Real Madriddə prezident seçkiləri olacaq

İspaniyanın "Real Madrid" klubunda prezident seçkiləri keçiriləcək.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istiandən xəbər verir ki, yeni prezidentin və İdarə Heyətinin üzvlərinin yenidən müəyyənləşdirilməsi qərara alınıb.

"Kral klubu"nun prezidenti Florentino Peres hazırda yeganə namizəddir. Seçkilərin nə vaxt olacağı açıqlanmayıb.

Qeyd edək ki, Florentino Peres ilk dəfə 2000 - 2006-cı illərdə "Real Madrid"in prezidenti olub. O, 2009-cu ildə yenidən bu vəzifəyə seçilib.

Son xəbərlər

Orphus sistemi