"Real Madrid"də baş məşqçi postuna əsas namizəd açıqlandı

"Real Madrid"də baş məşqçi postuna əsas namizəd açıqlandı Maurisio Poçettino İspaniyanın "Real Madrid" komandasında baş məşqçi vəzifəsinə əsas namizəddir.
Futbol
3 Dekabr , 2020 13:13
Real Madriddə baş məşqçi postuna əsas namizəd açıqlandı
Maurisio Poçettino

İspaniyanın "Real Madrid" klubunda baş məşqçi Zinəddin Zidanı əvəzləməyə əsas namizəd bəlli olub.

"Report" "Marca"ya istinadən xəbər verir ki, bu, argentinalı mütəxəssis Maurisio Poçettinodur. Lakin "kral klubu" hələlik onunla danışıqlara başlamayıb.

Madrid təmsilçisinin rəhbərliyi komandanın sabiq futbolçusu Raul Qonsalesin də namizədliyini nəzərdən keçirir. Amma gənc məşqçinin dərhal əsas komanda ilə işə başlaması planlaşdırılmır.

Zinəddin Zidan isə hələlik istefa vermək barədə düşünmədiyini açıqlayıb. Bu halda, ehtiyac yaranarsa, rəhbərlik özü fransalı mütəxəssisi qovmalı olacaq.

Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib. O, 2018/2019 mövsümündə London təmsilçisini Çempionlar Liqasının finalına yüksəldib.

Son xəbərlər

Orphus sistemi