“Real Madrid” - “Barselona” oyununun vaxtı dəyişdirilib

“Real Madrid” - “Barselona” oyununun vaxtı dəyişdirilib “El-Klasiko” dekabrın 20-də deyil, 23-də baş tutacaq
Futbol
11 Sentyabr , 2017 13:20
“Real Madrid” - “Barselona” oyununun vaxtı dəyişdirilib
Quique Garcia / EPA

Bakı. 11 sentyabr. REPORT.AZ/ İspaniya La Liqasının XVII turu çərçivəsində keçiriləcək “Real Madrid” – “Barselona” oyununun vaxtı dəyişdirilib.

“Report” xəbər verir ki, bu barədə İspaniya Futbol Liqasının prezidenti Xavyer Tebas “Marca”ya bildirib. Onun sözlərinə görə, matç dekabrın 20-də deyil, 23-də baş tutacaq.

Dəyişiklik “Real Madrid”in müraciəti əsasında gerçəkləşib. “Kral klubu” 6 – 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərində klublarası dünya çempionatına qatılacağını əsas gətirərək, “El-Klasiko”nun ertələnməsini istəyib.

Qeyd edək ki, “Real Madrid” La Liqanın və Çempionlar Liqasının sonuncu qalibidir.

Son xəbərlər

Orphus sistemi