"Real Madrid" aparıcı futbolçuları ilə vidalaşır

"Real Madrid" aparıcı futbolçuları ilə vidalaşır Serxio Ramos, Marselo və İskonun "kral klubu"ndan ayrılacağı dəqiqləşib
Futbol
24 May , 2021 12:49
Real Madrid aparıcı futbolçuları ilə vidalaşır

Yayda İspaniya "Real Madrid"ini tərk edəcək bəzi futbolçuların adları məlum olub.

"Report" "Marca"ya istinadən xəbər verir ki, kapitan Serxio Ramos, Marselo və İskonun "kral klubu"ndan ayrılacağı dəqiqləşib. Sözügedən oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayacaq.

Həmçinin Eden Azar, Lukas Vaskes və Rafael Varanın da Madrid təmsilçisi ilə vidalaşacağı gözlənilir. Belçikalı yarımmüdafiəçi İngiltərənin "Çelsi" komandasına qayıtmaq istəyir.

Qeyd edək ki, "Real Madrid" La Liqada 2020/2021 mövsümünü 2-ci pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi