"Real Madrid" 3 futbolçusunu satmaq istəyir

"Real Madrid" 3 futbolçusunu satmaq istəyir İspaniyanın "Real Madrid" komandası qış fasiləsində bir neçə futbolçusu ilə vidalaşa bilər.
Futbol
5 Yanvar , 2021 13:37
Real Madrid 3 futbolçusunu satmaq istəyir

İspaniyanın "Real Madrid" klubu qış fasiləsində bir neçə futbolçusu ilə vidalaşa bilər.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" 3 oyunçusunu satmaq istəyir.

İddiaya görə, İsko, Alvaro Odriosola və Luka Yoviç Madrid təmsilçisini tərk edə bilər.

İsko artıq bu istəyini rəhbərliyə çatdırıb. İspaniyalı yarımmüdafiəçi daha çox oynaya biləcəyi komandaya keçmək niyyətindədir. Oyunçu ilə İtaliyanın "Yuventus", "Napoli" və İngiltərənin "Mançester Siti" klubları yaxından maraqlanır. Madrid təmsilçisi İsko üçün 50 milyon avro təzminat tələb edir.

Odriosola yenidən Almaniya "Bavariya"sına icarəyə verilə bilər. Yoviç isə eyni ölkə təmsilçisi "Ayntraxt"a qayıtmaqda maraqlıdır.

Qeyd edək ki, "Real Madrid" İspaniya La Liqasında 17 turdan sonra 36 xalla 2-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi