"Real Madrid" dördüncü dəfə klublararası dünya çempionatının qalibi olub

"Real Madrid" dördüncü dəfə klublararası dünya çempionatının qalibi olub Bakı. 23 dekabr. REPORT.AZ/ İspaniya Real Madridi tarixində dördüncü dəfə klublararası dünya çempionatının qalibi olub.
Futbol
23 Dekabr , 2018 00:26
Real Madrid dördüncü dəfə klublararası dünya çempionatının qalibi olub

Bakı. 23 dekabr. REPORT.AZ/ İspaniya "Real Madrid"i tarixində dördüncü dəfə klublararası dünya çempionatının qalibi olub.

"Report"un məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş final matçında "kral klubu" yerli "Əl-Ayn" komandasını 4:1 hesabı ilə məğlub edib. "Şeyx Zayed" stadionundakı qarşılaşmada hesabı 14-cü dəqiqədə Luka Modriç açıb. 60-cı dəqiqədə Markos Lyorente fərqi artırıb, 78-ci dəqiqədə isə Serxio Ramos 3-cü qolu vurub. 86-cı dəqiqədə Tsukas Siotani fərqi azaltsa da, 90+1-ci dəqiqədə Yəhya Nader topu öz qapısına göndərərək, yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, "Real Madrid" klublararası dünya çempionatında rekorda imza atıb. Paytaxt təmsilçisi 2014, 2016 və 2017-ci illərdə də dünya çempionu olub. Bununla da Madrid komandası 3 titulu olan "Barselona"nı üstələyib.

Bir neçə gün bundan əvvəl “Real Madrid” öz meydanında böyük hesabla uduzub.

Son xəbərlər

Orphus sistemi