“Real”ın müdafiəçisi zədələndi

“Real”ın müdafiəçisi zədələndi İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Naço Fernandes məşq zamanı xəsarət alıb.
Futbol
9 İyun , 2020 06:16
“Real”ın müdafiəçisi zədələndi

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Naço Fernandes məşq zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə “Marca” xəbər yayıb.

Mənbənin bildirdiyinə görə, “Kral klubu”nun müdafiə xəttinin oyunçusu sağ budun oynaq əzələlərini zədələyib.

İlkin məlumatlara görə, futbolçu iki-üç həftə yaşıl meydandan uzaq olacaq.

Xatırladaq ki, Zinəddin Zidanın yetirmələri İspaniya çempionatının turnir cədvəlində ikinci yeri tutur. Mövsümün bərpa olunmasından sonra, “Real Madrid” iyunun 13-də ilk matçı “Eybar” ilə keçirəcək. 

Son xəbərlər

Orphus sistemi