"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq

"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq İspanyanın "Real" klubunun futbolçusu Ferland Mendi 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.
Futbol
13 mart 2025 21:52
Realın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq

İspanyanın "Real" klubunun futbolçusu Ferland Mendi 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.

"Report" "Diario AS"a istinadən xəbər verir ki, müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab matçında zədələnib.

Müayinədən sonra onun sol dizindən zədə aldığı və 3-4 həftə meydana çıxa bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, "Real" İspaniya La Liqasının qarşıdakı üç turunda "Vilyarreal", "Leqanes" və "Real Sosyedad" komandaları ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi