​"Real"ın baş məşqçisi istefaya göndərilib

​"Real"ın baş məşqçisi istefaya göndərilib Karlo Ançelotti "Real"a 2013-cü ildə təyin edilmişdi
Futbol
26 May , 2015 00:55
​Realın baş məşqçisi istefaya göndərilib

Bakı. 26 may. REPORT.AZ/ İspaniyanın "Real" futbol klubunun baş məşqçisi Karlo Ançelotti rəsmi olaraq istefaya göndərilib.

"Report" xəbər verir ki, bu barədə mətbuat konfransında "Kral klubu"nun prezidenti Florentino Peres məlumat verib.

"Sizə bildirmək istəyirəm ki, "Real"ın Direktorlar Şurası Karlo Ançelottini istefaya göndərmək qərarına gəlib. Belə bir qərar qəbul etmək çox çətin oldu. Bizim tələblərimiz çox yüksəkdir — "Real" daima mükafat qazanmaq istəyir.

Ançelotti nəyi düz eləmədi? Bilmirəm. Lakin "Real"ın çox yüksək tələbləri var", — deyə Peres bildirib.

Ançelotti 2013-cü ildə "Real"a baş məşqçi təyin edilib. Madridlilər onun rəhbərliyi altında Çempionlar Liqası, UEFA Superkuboku, İspaniya Kuboku və Dünya klub çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi