Futbolçu azarkeşlərə kollektivi dəstəkləmələri üçün müraicət edib
Bakı. 30 yanvar. REPORT.AZ/ İspaniyanın "Real" futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu azarkeşlər tərəfindən fitə basılıb.
"Report" xəbər verir ki, hadisə ölkə çempionatının 22-ci turunda "Real Sosyedad"a qarşı keçirilən oyunda baş verib.
Start fitinə qədər "Kral klubu" azarkeşləri hücumçu Kərim Benzema və müdafiəçi Danili də fitə basıblar.
Oyundan əvvəl Kriştianu Ronaldu azarkeşlərə müraciət edərək onlardan komandanı dəstəkləmələrini istəyib.
Fanatlar son dörd oyundan üçündə məğlub olan və İspaniya Kubokundan kənarda qalan klubun çıxışından son dərəcə narazıdırlar.