"Real Madrid" Çempionlar Liqasının rekordunu yenilədi

"Real Madrid" Çempionlar Liqasının rekordunu yenilədi UEFA Çempionlar Liqasının 1/4 finalının cavab görüşündə "Liverpul" “Real Madrid"lə heç-heçə oynayıb.
Futbol
15 Aprel , 2021 03:33
Real Madrid Çempionlar Liqasının rekordunu yenilədi

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə "Liverpul"unu üstələyən İspaniya “Real Madrid"i tarixində 14-cü dəfə turnirin yarımfinalına yüksəlib.

“Report” xəbər verir ki, "kral klubu" bununla yarış tarixində özünə məxsus rekordu yeniləyib. İspaniya "Barselona"sı və Almaniya "Bavariya"sı kimi ən yaxın təqibçilər Çempionlar Liqasının yarımfinalında 12 dəfə oynayıblar.

Qeyd edək ki, "Real Madrid" "Liverpul"u 1/4 final mərhələsinin ilk görüşündə 3:1 hesabı ilə yenib. Cavab görüşü isə qolsuz heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi