"Real Madrid" Çempionlar Liqasında unikal uğura imza atıb

"Real Madrid" Çempionlar Liqasında unikal uğura imza atıb "Real Madrid" üçün bu görüş artıq Avropanın əsas klub yarışında 100-cü olub
Futbol
25 Fevral , 2021 06:48
Real Madrid Çempionlar Liqasında unikal uğura imza atıb

İspaniyanın “Real Madrid" komandası Çempionlar Liqasının (ÇL) 1/8 finalında İtaliyanın "Atalanta" komandasına qarşı ilk matçdan sonra ÇL-in tarixinə düşüb.

Bu barədə “Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

"Real Madrid" üçün bu görüş artıq 1992-ci ildə birincilik formatının dəyişməsindən Avropanın əsas klub yarışında 100-cü olub. “Real Madrid” o vaxtdan Çempionların Liqasının 25 mövsümündə iştirak edib və hər mövsümdə qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu 86-cı dəqiqədə Ferlan Mendi vurub.

"Real" həmçinin yeganə klubdur ki, pley-off matçlarında 50 qələbə qazanıb.

Turnirin formatını dəyişməsinə qədər yarış Avropa Çempionları Kuboku adlanırdı.

Son xəbərlər

Orphus sistemi