"Real" 2017-ci ildən ilk dəfədir La Liqada 10 matçdır uduzmur

"Real" 2017-ci ildən ilk dəfədir La Liqada 10 matçdır uduzmur Madridin Real futbol klubu ilk dəfədir ki, iki mövsümdən çox müddət ərzində İspaniya çempionatında uduşlu 10 matç seriyasına nail olub.
Futbol
5 Yanvar , 2020 06:06
Real 2017-ci ildən ilk dəfədir La Liqada 10 matçdır uduzmur

Madridin "Real" futbol klubu ilk dəfədir ki, iki mövsümdən çox müddət ərzində İspaniya çempionatında uduşlu 10 matç seriyasına nail olub.

“Report”un məlumatına görə, Zinəddin Zidanın baş məşqçisi olduğu komanda "Xetafe” üzərində əzmkar (3:0) qələbə qazanaraq ilk dəfədir ki, üç matçda qalib olur.

Beləliklə, "Real” oktyabrın ortalarından milli çempionatda uduzmur.

Son qalibiyyət komandaya yarış cədvəlinə başçılıq etməyə imkan yaradıb - "Real" 19 matçda 40 xal toplayıb. Siyahıda ikinci yerdə qərarlaşan "Barselona” 39 xala malikdir.

Yarış cədvəlində dördüncü yer tutan "Sevilya" Madrid klubunun növbəti rəqibi olacaq. Komandalar yanvarın 18-də "Santyaqo Bernabeu”da qarşılaşacaqlar.

Son xəbərlər

Orphus sistemi