AFFA-nın I vitse-prezidenti: “Qarabağ”ın bu qələbəsinin siyasi əhəmiyyəti böyükdür"

AFFA-nın I vitse-prezidenti: “Qarabağ”ın bu qələbəsinin siyasi əhəmiyyəti böyükdür" “Qarabağ”ın qələbəsi informasiya müharibəsinə böyük töhfədir.
Futbol
30 Avqust , 2019 13:32
AFFA-nın I vitse-prezidenti: “Qarabağ”ın bu qələbəsinin siyasi əhəmiyyəti böyükdür

“Qarabağ”ın qələbəsi informasiya müharibəsinə böyük töhfədir".

"Report" xəbər verir ki, bunu AFFA-nın I vitse-prezidenti Rauf Əliyev "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı təbrik məktubunda bildirib. 

Federasiya rəsmisi bu qələbənin milyonlarla futbol azarkeşinə, Azərbaycan vətəndaşına sevinc bəxş etdiyini vurğulayıb: “Bu qalibiyyət böyük siyasi əhəmiyyətə malikdir və son vaxtlar Ermənistan rəhbərliyinin Xankəndində verdiyi sərsəm bəyanatlara tutarlı cavabdır. Komandamızın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsinə böyük töhfədir. “Qarabağ” bütün dünyada Azərbaycanı təmsil edir. Bu qələbə münasibəti ilə komandanın üzvlərini, məşqçi heyətini, klub rəhbərliyini təbrik edir, növbəti oyunlarda uğurlar arzulayıram. Eyni zamanda,  Azərbaycan ictimaiyyətini “Qarabağ”a hərtərəfli dəstək göstərməyə çağırıram".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" komandasını iki oyunun nəticəsinə əsasən üstələyib. Belfastdakı matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşsa da, Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında Ağdam klubu qalib gəlib - 2:1. Nəticədə "Qarabağ" səfərdə daha çox qol vurduğu üçün qrup mərhələsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi