Rauf Əliyev: "Əlimdən gələni edirəm ki, yenidən millidə çıxış edim"

Rauf Əliyev: "Əlimdən gələni edirəm ki, yenidən millidə çıxış edim" Bakı. 9 fevral. REPORT.AZ/ “Gərgin oyun alındı. Rəqib bütün bir hissəni azlıqda oynamasına baxmayaraq, müqavimət göstərdi. Əsas hesab deyil, nəticədir. Tarixdə nəticə qalır. Qələbə qazandığımıza və turnir cədvəlində “Sabah”ı geridə qoyduğumuza görə sevincliyik”.
Futbol
9 Fevral , 2019 19:20
Rauf Əliyev: Əlimdən gələni edirəm ki, yenidən millidə çıxış edim

Bakı. 9 fevral. REPORT.AZ/ “Gərgin oyun alındı. Rəqib bütün bir hissəni azlıqda oynamasına baxmayaraq, müqavimət göstərdi. Əsas hesab deyil, nəticədir. Tarixdə nəticə qalır. Qələbə qazandığımıza və turnir cədvəlində “Sabah”ı geridə qoyduğumuza görə sevincliyik”.

"Report"un məlumatına görə, bunu “Qəbələ”nin hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının XVI turunda səfərdə “Sabah”ı 1:0 hesabı ilə yendikləri görüşdən sonra deyib.

Görüşdəki yeganə qolun müəllifi olan Əliyev jurnalistlərin digər suallarını da cavablandırıb.

Rəqib 10 nəfərlə oynasa da, “Qəbələ” ikinci hissədə geri çəkilmişdi. Daha bir qol vurub rahat oynamaq olmazdımı?

- Tam olaraq müdafiə olunduğumuzu deməzdim. Bizim də qol epizodlarımız var idi, amma bir az tələskənlikmi deyim, diqqətsizlikmi, alınmadı. Təbii ki, ikinci qolu vursaydıq, ardı da gələcəkdi. Bir top fərqi elədir ki, rahat ola bilmirsən.

Matçdakı yeganə qolun müəllifi kimi oyunun ən yaxşısı səni hesab etmək olar, bu barədə nə düşünürsən?

- Hücumçuyamsa, işim qol vurmaqdır. Bu gün bunu bacarmışamsa, komandam da qələbə qazanıbsa, mənim üçün ikiqat sevindiricidir. Qollarımın sayını artırıb, komandama xeyir vermək istəyirəm.

Turnir cədvəlinə baxsaq, bugünkü qələbə ilə “Sabah”ı keçdiniz. Qarşıdakı növbəti hədəf “Səbail”dir?

- Qarşıda matçlar çoxdur. Öz oyunumuza baxıb, mümkün qədər irəliləmək istəyirik. Əgər belə davam etsək, ardıcıl qələbələr qazansaq, təbii ki, hər kəsi bir-bir arxada qoya bilərik.

Artıq demək olar ki, milli komandanın yeni baş məşqçisinin adı bəllidir. Belə davam etsən, yenidən milliyə qayıtmaq haqqında düşünmək olar?

- Millidə oynamaq hamımızın ən birinci hədəfidir. Bu gün də çalışıram, həmişə də əlimdən gələni edirəm ki, yenidən millidə çıxış edim. Düşünürəm ki, belə davam etsəm, qol vursam diqqətdən kənarda qalmaram.

Son xəbərlər

Orphus sistemi