"Neftçi" avrokuboklarla vidalaşıb

"Neftçi" avrokuboklarla vidalaşıb Avstriyada "Rapid" (Vyana) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu start götürüb.
Futbol
12 Avqust , 2022 01:03
Neftçi avrokuboklarla vidalaşıb

"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, "ağ-qaralar" Avstriyada "Rapid" klubunun qonağı olub.

"Allianz" stadionunda keçirilən görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 12-ci dəqiqədə "Rapid"in futbolçusu Nikolas Gerrit-Kün qapıçı İvan Brkiçlə təkbətək çıxsa da, topu qapının yanından vurub. 

"Neftçi" 20-ci dəqiqədə itki ilə üzləşib. Zədələnən Azər Salahlının yerinə meydana Mert Çelik daxil olub. 7 dəqiqə sonra Vyana təmsilçisi növbəti dəfə hesabı açmağa yaxın olub. Ante Bayiçin zərbəsindən sonra top dirəyə dəyib. Ardınca, Mamadu Mbodj qola mane olub. Daha sonra Gerrit-Künün zərbəsi də qapı dirəyinə tuş gəlib. 

37-ci dəqiqədə Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı Niklas Hedl imkan verməyib. 41-ci dəqiqədə "ağ-qaralar"ın təhlükəli hücumunda dəqiqlik çatmayıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb.

İkinci yarının əvvəlində də meydan sahibləri ardıcıl hücumlar qurub. 58-ci dəqiqədə Sayef əks-hücum zamanı 100 faizlik qol şansını boşa verib. Əvəzində 66-cı dəqiqədə "Rapid"in oyunçusu Marko Qrüll hesabı açıb. 71-ci dəqiqədə Sayef ikinci dəfə qapıçı ilə təkbətək qalsa da, bərabərlik qolunu vura bilməyib. 8 dəqiqə sonra Mboc topu qapı xəttindən çıxarmağa müvəffəq olub.

Qarşılaşmanın əsas vaxtı rəqibin 1:0 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub. 92-ci dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən fərqlənməyə yaxın olsa da, top qapı dirəyinə dəyib. 100-cü dəqiqə zədələnən Kenni Sayefi isə Azər Əliyev əvəzləyib. 6 dəqiqə sonra Mboc yerini Ömər Buludova verib. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun qolu sayəsində fərqi artırıb. 

Beləliklə, rəqibinə 0:2 hesabı ilə uduzan "Neftçi" Konfrans Liqası ilə vidalaşıb. 

00:55

Avstriyada "Rapid" (Vyana) və "Neftçi" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.  

"Report"un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, meydan sahibləri 112-ci dəqiqədə növbəti dəfə fərqləniblər. 

"Rapid"in heyətində Ferdi Druif adını taploya yazdırıb. 

00:27

Avstriyada "Rapid" (Vyana) və "Neftçi" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt başlayıb. 

"Report"un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, meydan sahibləri əsas vaxtda 1:0 hesabı ilə qalib gəlib. 

Rəqibin heyətində 66-cı dəqiqədə Marko Qrüll fərqlənib.

00:21

Avstriyada "Rapid" (Vyana) və "Neftçi" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt oynanılacaq. 

"Report"un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, meydan sahibləri əsas vaxtda 1:0 hesabı ilə qalib gəlib. 

Rəqibin heyətində 66-cı dəqiqədə Marko Qrüll fərqlənib. Bakıdakı görüşdə "Neftçi" 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.  

23:33

Avstriyada "Rapid" (Vyana) və "Neftçi" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb. 

"Report"un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb. 

23:18

Avstriyada "Rapid" (Vyana) və "Neftçi" arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb. 

"Report"un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

22:30

Avstriyada "Rapid" (Vyana) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu start götürüb.

"Report"un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Allianz" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb.

Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi